Azərbaycanlı tələbələr Şeffildə keçirilən “Bayraq Paradı”nda iştirak ediblər

Azərbaycanlı tələbələr Şeffildə keçirilən “Bayraq Paradı”nda iştirak ediblər

06.11.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, İngiltərənin Şeffild Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri, doktorant Turanə Abdullayevanın və cəmiyyətin üzvlərinin təşəbbüsü ilə soydaşlarımız ənənəvi “Bayraq Paradı” tədbirində iştirak edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Zəfər Günü ərəfəsində keçirilən bu yürüş soydaşlarımız üçün xüsusi önəm daşıyıb.

Onlarla ölkədən olan tələbənin qatıldığı tədbirdə Azərbaycanın Dövlət Bayrağı böyük qürurla dalğalandırılıb, milli qürur və zəfər günlərimizin əhəmiyyəti bir daha vurğulanıb.

Azərbaycanlı tələbələr Şeffildə keçirilən “Bayraq Paradı”nda iştirak ediblər (FOTO)
Share