Sankt-Peterburqun 152 saylı orta məktəbində “Öz əllərinlə xöşbəxtlik” adlı master klass keçirilmişdir
23.11.2024Rusiya Fedrasiyasının Sankt-Peterburq şəhərinin 152 saylı orta məktəbində ailə festivalı çərçivəsində 23.11.2024 cü il tarixdə “Öz əllərinlə xöşbəxtlik” adlı master klass keçirilmişdir.
152 saylı orta məktəbin ali dərəcəli ingilis dili müəlliməsi Fatma xanım Nəzirli milli ornametimiz olan Buta haqqında iştirakçılara məlumat vermiş, master klass göstərmişdir. Master klass həm böyüklərin , həm də şagirdlırin marağına səbəb olmuşdur. Bir növ Kələğayı festivalı çərçivəsində keçirilən master klassda milli örpəyimiz olan kəlağayımız da iştirakçılara nümayiş etdirilmişdir.

















