Milli Konservatoriyanın yeni təyin olunan rektoru kimdir?

Milli Konservatoriyanın yeni təyin olunan rektoru kimdir?

30.11.2024 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. K.Dadaşzadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) çalışıb. O, 2005-2007-ci illərdə və 2011-ci ildən bu günə qədər ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri olub.
O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.

Share