ABŞ tazıya tut, dovşana qaç deməklə Ukraynanı poliqona çevirdi

ABŞ tazıya tut, dovşana qaç deməklə Ukraynanı poliqona çevirdi

01.12.2024 Off By Füzuli İsmayılov

Füzuli Əfqanoğlu

Dünyanın bugünki siyasi durumunda ciddi vahiməyə çevrilən Rusiya -Ukrayna müharibəsinin ssenari müəllifi ABŞ olduğunu hamı dərk edir-Zelenskinin özündən başqa.

Bu oyunun Ukraynanın məhvi üçün ABŞ və qərbin əslində dünya tarixində həmişəki mövqelərini təkrarlamaqla bir daha sübut edirlər. Yəni tazıya tut, dovşana qaç- deməklə, Ukraynanı poliqona çevirməkdən əlavə həm də onu Rusiyanın əliylə xəritədən silməyə daha çox maraq göstərirlər.

ABŞ-nin fəaliyyəti bitməkdə olan prezidenti Baydenin durumu SSRİ-nin 1964-1983-cü illərdə rəhbəri olmuş L. Brejnevdən də sərsəm vəziyyətə düşmüşdür. Onun Ukraynaya, daha doğrusu müddəti bitmiş prezident Zelenskiyə hərbiyə 18 yaşdan aşağı gənclərin də cəlb edilməsi təklifi bir daha sübut edir ki, Ukraynanın genefondunu son nəfərinə kimi məhv etmək gündəmə gətirilir. Zelenski buna razı olmasa da, məcbur ediləcəyi də gümansız deyil. Zelenski hələ dərk etmir ki, arzuladığı NATO hərbi alyansına onun üzv kimi qəbul edilməsi hazırkı şəraitdə mümkün deyil.

NATO hər bir vəchlə Rusiya ilə müharibədən qaçır və bunun arzusunda da deyil. Bu alyans nəinki Rusiya ilə, heç hərbi cəhətdən orta gücə malik ölkələrlə belə döyüşə girməkdən qaçır. Bu zaman Ukraynadakı vəziyyətin heç də Zelenskinin rejiminə yaxşı vədlər vermir. Sadəcə xalqı qırğına verməklə Ukraynanı Rusiyanın tapdağına çevirmək yalnız Zelenski kimi şoumenin siyasi dünyagörüşüdür.

Fikrimcə hünər göstərib Ukraynada indiki vəziyyətdə hakimiyyəti təhvil verib qaçmaq Zelenski üçün ən məqbul variantdır. Zelenski dərk etməlidir ki, böyük güclərin niyyəti Ukrayna deyil, dünyanın 4 qütbündəki hazırkı bölgünü dəyişməkdir. İrəliləyən ay və illərdə bunun necə baş verəcəyinin şahidi ola biləcəyik.

Share