ABŞ Ukraynaya 20 milyard dollar kredit ayıracaq

ABŞ Ukraynaya 20 milyard dollar kredit ayıracaq

10.12.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin geri qaytarılması ilə Ukraynaya 20 milyard dollar kredit ayırdığını açıqlayıb.

Bu barədə Nazirliyin açıqlamasında bildirilib. Məlumata əsasən, kredit “G7” ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi yönəldilir. “Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək”, – deyə maliyyə naziri Canet Yellen bildirib.

O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Share