Bələdiyyələrə keçiriləcək seçkiləri izləyəcək müşahidəçilərin sayı açıqlanıb
21.12.2024Azərbaycanda bələdiyyələrə keçiriləcək seçkiləri 1095 nəfər müşahidəçi izləyəcək. Bunu Hakimiyyet.info.az-a Mərkəzi Seçki Komissiyasının bugün keçirilən iclasında sədr Məzahir Pənahov açıqlayıb.
“Onların 131-i Mərkəzi Seçki Komissiyasına müraciət əsasında, 964 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib”, – deyə o bildirib.
Qeyd edək ki, növbəti Bələdiyyə seçkiləri 2025-ci il, yanvarın 29-da keçiriləcək.











