Trüdo istefa verdiyi halda, Friland Kanadanın hakim partiyasına rəhbərlik edə bilər

Trüdo istefa verdiyi halda, Friland Kanadanın hakim partiyasına rəhbərlik edə bilər

22.12.2024 Off By Füzuli İsmayılov

Kanadanın hakim Liberal Partiyasının bəzi nümayəndələri hesab edirlər ki, baş nazir Castin Trüdo istefa verərsə, partiyaya keçmiş baş nazirin müavini və maliyyə naziri Xristya Friland rəhbərlik etməlidir. Bu barədə “CBC” televiziya kanalı xəbər verib.

Bu fikri telekanala bir neçə liberal siyasətçi bildirib. Onlar, xüsusilə, Frilandın Donald Trampın ilk prezidentlik dövründə onunla söhbət zamanı təcrübəsinin müsbət olduğunu qeyd ediblər. Həmin vaxtda o, Şimali Amerika Azad Ticarət Sazişinin (NAFTA) yenidən müzakirəsi zamanı Kanadanın aparıcı müzakirəçilərindən biri olub.

Bildirilib ki, bundan əlavə, hazırda Trüdonun rəhbərlik etdiyi partiyanın gələcək potensial liderlərinin siyahısında maliyyə naziri Dominik Leblan və keçmiş mənzil, infrastruktur və icmalar naziri Şon Freyzerin adları var.

Share