Səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib

Səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib

24.12.2024 Off By Füzuli İsmayılov

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir.

Bu gün ölkəmizdə “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.

Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bütün bunlar bir daha ölkə vətəndaşlarının sağlamlığına dövlət başçısının qayğısından xəbər verir.

Ölkə rəhbərini doğum günü münasibətilə kollektivimiz adından səmimi qəlbdən təbrik edirik.!

Leyla Əhmədova

Nərimanov rayonu, 4 saylı poliklinikanın Baş həkimi

Share