Prizdentimiz bir Dünya Lideri olduğunu artıq sübuta yetirib
24.12.2024Bütün dünya liderləri etiraf edirlər ki, İlham Əliyev mükəmməl və səmərəli enerji siyasəti yeridən Prezidentdir. Bu baxımdan 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin (uzunluğu 980 kilometrdir) istifadəyə verilməsi mühüm tarixi hadisə kimi qəbul edilir. Bundan əlavə, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulması növbəti strateji xarakterli uğur sayılır. Bu, layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığının faktiki təsdiqidir.
Bölgədə ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin uzunluğu 3500 kilometr, ümumi dəyəri isə 40 milyard dollardır. Onu da xatırladaq ki, 2017-ci il sentyabrın 14-də “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı sənədlər imzalanıb.
Bunların fonunda Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin Cənubi Qafqazda geosiyasi qovşağı olması ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Bütövlükdə isə Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində aktiv bir iştirakçıdır. Bütün bunlar birbaşa İlham Əliyevin xidmətləri ilə bağlıdır.
Prizdentimiz addığı bu addımlarla bir Dünya Lideri olduğunu artıq sübuta yetirib. Cənab İlham Əliyevi öz adımdan, xalqımız adından doğum günü münasibətilə təbrik edirəm.
Valeh Qaraşov
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Regional Su Meliorasiya Xidməti, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi










