
DÜNYA ÖLKƏLƏRİNİN LİDERLƏRİ DÖVLƏT BAÇIMIZA VƏ BÜTÜN AZƏRBAN XALQINA BAŞLIĞI VERİBLƏR
27.12.2024Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmond, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus, Polşa Respublikasının Prezidenti Andjey Duda, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veriblər.