Azərbaycan Mərkəzi Bankının strukturunda dəyişikliklər olub
07.01.2025 Off By Füzuli İsmayılovHakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında (AMB) bəzi struktur dəyişiklikləri həyata keçirilib.
Qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək iki yeni departament – Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti yaradılıb. Onlardan birincisinə direktor Samir Rzayev, ikincisinə isə direktor Xəyyam İsmayılov təyin edilib.
Məlumata görə, Maliyyə monitorinqi departamentinin direktoru vəzifəsinə Abdullayev Orxan Adil oğlu təyin edilib. Buna qədər isə bu vəzifəni Samir Rzayev icra edirdi.











