Həbib Zərbəliyev, öz iyrənc saat hoqqabazlığını açıqla, əgər buna mənəvi haqqın çatırsa!

Həbib Zərbəliyev, öz iyrənc saat hoqqabazlığını açıqla, əgər buna mənəvi haqqın çatırsa!

14.01.2025 Off By Füzuli İsmayılov

Yazdlıqları özündən başqa heç kəsi maraqlandırmayan, cızmaqaraları, təkrar-təkrar saxta məlumatları ancaq özü və bir-iki özükimisi oxuyan Həbib Zərbəliyev düşünür ki, bununla hansısa aləmdə yer qazanacaq.

İşlədiyi təhsil ocaqlarından məhz belə əməllərinə görə qapımızda saxladıqlarımız kimi qovulan “dilçi alim” Həbib Zərbəliyev FB səhifəsində durmadan yazmaqla həqiqətən də zəhlətökən bir şeyə bənzəyir. Onun yazdıqlarını heç fındığına da alan yoxdur. Qoz ona göprə yazmıram ki, ər kişilər qoza hörmətlə yanaşır və ona qulluğ edib bar götürürlər. Həbib Zərbəliyev də yazdıqlarından ancaq özü həzz alır. Çünki özü də yazdığını nə qanır, nə də anlayır. Gah Nüşabə Tanrıverdiyeva ilə akademik Kamal Abdullayevin saxta “dialoqunu” qurur, gah özündən uydurmalar qurur, gah da ictimaiyyətə ailə qurduğıu qadınlar haqqında yazılanların açmasını verməkdən qaçmaq üçün min cür hoqqalardan çıxır. Adama deyərlər ki, sənə Kamal Abdulla nə qoyub ki, nə də alsın. Qızın Laura orada, Kamal Abdulla orada. Niyə Nüşabənin dialoqunu qurursan, elə fürsət var ikən qızının kollektivdəki dialoqunu qur. ADU kollektinin haqqında öz iyrənc saat hoqqabazlığını açıqla. Əgər buna mənəvi haqqın çatırsa.

Bir də ki, Kamal Abdulla kostyum geyinir, geyinmir bundan sənə nə? Kimsən, ancaq işlədiyin yerlərdə belə acınacaqlı həyat tərzilə yaşamaq istəyin səni əxlaqi və mənəvi dəyərlərdən məhrum edib. Hansı alimliyin var, bu ölkəyə, cəmiyyətə hansı faydan olub? Bədbəxt, düşüncə tərzin səni nəinki kollektivlərdən, adi tədris kurslarından belə qovulmağa məcbur edir. Ağlının, düşüncə tərzinin onsuz da şəxsiyyətin ikiləşməsi sindromunun olduğuna şübhələr yaradıb. Bu səbəbdən yoxlanılmasının vacibliyini ötən yazılarımızda qeyd etmişik. Amma belə davamlı şəkildə ardıcıllığına inana bilməzdik.

Arıq cüssəsində başı daha yekə görsənən, sifətinə mumiya çəkilməsini xatırladan Habib Zərbəliyev yazır ki, guya akademik Kamal Abdulla “separatçı Əlikram Hümbətova xidmət etmiş müxbirlə gizlin əməkdaşlıq edir”. Bunu yazana deyirlər ki, əgər namus haqqında, şərəf və ləyaqət haqqında təsəvvürün varsa, həmin müxbirin adını yaz. Yoxsa hər dəfə öz dövründə payladığın, satdığın saxta diplomları yalandan Kamal Abdullayevin dövründə verildiyini yazmaqla heç kimi aldada bilməzsən. Arxana dayaq verən, səni Kamal Abdullayevə qarşı yazmağa məcbur edənlər də bilməlidir ki, insanlara şər, böhtan demək ərlərin işi deyil. Həyatda heç kəsin namərd hərəkətləri cavabsız qalmır. İnsanlar cavabını verə bilməsə də, Allah onu cavabsız buraxmır. İstəməzdim ki, sən də belələrindən olasan. Bəlkə də istərdim…

Füzuli Əfqanoğlu

Share