Cənubi Koreya lideri ifadə verməkdən imtina edir

Cənubi Koreya lideri ifadə verməkdən imtina edir

15.01.2025 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yun Sok Yol Korrupsiyaya Qarşı İstintaq İdarəsində müstəntiqlərə ifadə verməkdən imtina edib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, qiyam işi ilə bağlı həbs olunmuş Koreya lideri Yun Sok Yolun dindirilməsi yerli vaxtla 11.00-da (Bakı vaxtı ilə 06.00) başlayıb.

Bundan əvvəl, barəsində həbs-qətimkan tədbiri seçilmiş Koreya lideri qan axıdılmasının qarşısını almaq üçün könüllü sürətdə istintaq idarəsinə getməyə razılaşdığını bəyan etmişdi.

Share