Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 14-də keçirilən iclasında deyib.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.