Bank kartından oğurluq edən şəxs saxlanılıb
18.01.2025Paytaxtın Nizami rayonu ərazisində bir nəfərin bank kartından 603 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Hakimiyyet.info.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.











