“AzərEnerji” Dünya Bankının nümayəndə heyətləri ilə irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını müzakirə edib

“AzərEnerji” Dünya Bankının nümayəndə heyətləri ilə irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını müzakirə edib

28.01.2025 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü olub. Bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib.

Görüşdə AZURE layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.

Share