“Fənərbağça” serbiyalı müdafiəçi ilə anlaşdı

“Fənərbağça” serbiyalı müdafiəçi ilə anlaşdı

29.01.2025 Off By Füzuli İsmayılov

Türkiyənin “Fənərbağça” klubu yeni futbolçu ilə anlaşıb.

Hakimiyyet.info.az xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.

Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.

Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Share