Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

31.01.2025 Off By Füzuli İsmayılov

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci
bəndlərini rəhbər tutaraq, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi məqsədilə qərara alıram:

  1. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
    təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə
    olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
    2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə
    tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
    2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə
    Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
    2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
  3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və
    qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında
    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının
    İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin
    maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin,
    dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə
    tutulması üçün müvafiq tədbirlər görsünlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 yanvar 2025-ci il

Share