Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edib
31.01.2025Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 31 yanvarda Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Hakimiyyet.info.az xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.











