Daha iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verilib

Daha iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verilib

31.01.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Mərkəzi Bankı (AMB) iki banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, söhbət “Bank Avrasiya” və “Bank BTB” ASC-lərdən gedir.

Bununla da Azərbaycanda 60 hüquqi şəxs və 21 bank sığorta agenti lisenziyasına malik olub.

“Bank Avrasiya” 2007-ci ildən, “Bank BTB” isə 2010-cu ildən fəaliyyət göstərir.

Share