Babək prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb
01.02.2025Babək prospektində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, aparılan təmir işləri səbəbindən Nizami rayonu, Babək prospektindən (Baku Medical Plazanın yaxınlığında) yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.











