Braziliyanın “Santos” klubu Neymarın transferini açıqlayıb

Braziliyanın “Santos” klubu Neymarın transferini açıqlayıb

01.02.2025 Off By Füzuli İsmayılov

Bu barədə klubun rəsmi saytında bildirilib. Məlumata əsasən, 33 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Bununla da ulduz futbolçu 12 illik fasilədən sonra keçmiş klubuna qayıdıb.

Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar İspaniyada “Barselona”nın, Fransada PSJ-nin formasını geyinib. O, son olaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasında çıxış edib.

Share