Naməlum səbəbdən zəhərlənən Şamaxı sakini xəstəxanada ölüb
01.02.2025Şamaxı sakini naməlum səbəbdən zəhərlənmə ilə xəstəxanada vəfat edib.
Hakimiyyet.info.az-ın Şirvan bürosu xəbər verir ki, bu gün 2016-ci il təvəllüdlü Şamaxı sakini Cəbrayıllı Maksud İman oğlu ağır zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.











