Ceyhun Bayramov latviyalı həmkarı ilə iki ölkə arasında gündəlikdə duran məsələləri müzakirə edib

Ceyhun Bayramov latviyalı həmkarı ilə iki ölkə arasında gündəlikdə duran məsələləri müzakirə edib

03.02.2025 Off By Füzuli İsmayılov

3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.

Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Share