Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib – FƏRMAN
04.02.2025Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.
Hakimiyyet.info.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) tərkibi 3-dən 4-ə, o cümlədən İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.











