ADY yanvarda sərnişindaşımaları 15% artırıb

ADY yanvarda sərnişindaşımaları 15% artırıb

04.02.2025 Off By Füzuli İsmayılov

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.

Share