Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb

Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb

05.02.2025 Off By Füzuli İsmayılov

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

Hakimiyyet.info.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov noyabr ayında ürək əməliyyatı keçiribmiş.

Məlumata görə, bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib.

Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

Qeyd edək ki, Yusif ailənin tək övladı idi.

Share