İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir – Nazir
06.02.2025İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir.
Hakimiyyet.info.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.
O bildirib ki, həmin məktəblərdə 272 müəllim işləyir.
“Fəaliyyət göstərən məktəblərdə 2213 şagird təhsil alır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssəsi fəaliyyət göstərir ki, orada da 16 tərbiyəçi çalışır və 183 uşaq təhsil alır” – deyə o əlavə edib.











