Azərbaycanda zəlzələ baş verib
08.02.2025Hacıqabul rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Hakimiyyet.info.az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirib.
Tədqiqat bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 km şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 38 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.











