Azərbaycanda mənzil tikintisi üzrə investisiyalar artıb
10.02.2025Ötən il Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 5,3 milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 11,8% çoxdur.
Hesabat dövründə ölkədə mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 2,6 milyard manata bərabər olub ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 92,8% artım deməkdir.
Ötən il mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 12% təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə əsas kapitala 21,4 milyard manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3% artıb.











