Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

11.02.2025 Off By Füzuli İsmayılov

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,45 ABŞ dolları və ya 1,9% artaraq 77,87 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,39 dollar və ya 1,85% bahalaşaraq 76,51 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,36 dollar və ya 2,27% artaraq 61,04 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,6 dollar və ya 2,14% artaraq 76,13 dollar/barel təşkil edib.

Fevralın 11-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Share