“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırdı

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırdı

11.02.2025 Off By Füzuli İsmayılov

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb. 35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Trend bu barədə klubun rəsmi saytına istinadən xəbər verir

2012-18, 2019 və 2021-25-ci illərdə komandamızda çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub.

Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə komandamızın formasını geyinib.

O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Share