MSK-ya daxil olan müraciətlərin sayı açıqlandı

MSK-ya daxil olan müraciətlərin sayı açıqlandı

14.02.2025 Off By Füzuli İsmayılov

Fevralın 12-dək Mərkəzi Seçki Komissiyasına ümumilikdə 43 müraciət daxil olub.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunlarına həsr olunan iclasında çıxışı zamanı deyib.

MSK sədri vurğulayıb ki, onların hamısına baxılıb.

“1-2 ərizəçi tərəfindən məhkəməyə apellyasiya şikayəti verilib.

Onların da hamısı həll edilib. Biz məhkəmələrdən də dəqiqləşdirmişik, hazırda heç bir müraciət, şikayət yoxdur”, – M.Pənahov qeyd edib.

Share