Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

17.02.2025 Off By Füzuli İsmayılov

Sabah rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstana səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər şəxslərlə görüşəcəklər.

Görüşlərdə iki ölkənin nəqliyyat qurumları arasında əməkdaşlıq, beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud durumu və digər məsələlər müzakirə olunacaq.

Share