Türkiyə universitetində silahlı insident: yaralılar var

Türkiyə universitetində silahlı insident: yaralılar var

17.02.2025 Off By Füzuli İsmayılov

Türkiyənin Konya şəhərində yerləşən ali təhsil ocaqlarının birində silahlı insident yaşanıb.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, tələbə olduğu müəyyən edilmiş şəxs Selçuk Universitetinin Tibb Elmləri Fakültəsinə silahlı hücum edərək, dekan köməkçisinə üzərində olan tapança ilə atəş açıb.

O, universitetin təhsil işçisini yaraladıqdan sonra özünə atəş açaraq intihara cəhd edib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım işçiləri cəlb olunub. Hər iki yaralının xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Share