Azərbaycan Premyer Liqası növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

Azərbaycan Premyer Liqası növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq

19.02.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Premyer Liqası növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq.

Hakimiyyet.info.az xəbər verir ki, bununla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün formatının müzakirəsi zamanı qərara alınıb ki, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olsun.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Share