“Sputnik Azərbaycan” ləğv edilib

“Sputnik Azərbaycan” ləğv edilib

24.02.2025 Off By Füzuli İsmayılov

“Rossiya Segodnya”nın (“Sputnik Azərbaycan”) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Trend bu barədə Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına istinadən xəbər verir.

Eyni zamanda, bu məlumatı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiq edib.

Onun sözlərinə görə, bundan sonra “Sputnik Azərbaycan” yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər

Share