Hacıqabulda yaşayış binasında partlayış olub, xəsarət alan var

Hacıqabulda yaşayış binasında partlayış olub, xəsarət alan var

24.02.2025 Off By Füzuli İsmayılov

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Hakimiyyet.info.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 2 otağının döşəməsi 49 m² sahədə yanıb. Yüksək temperaturdan 2 otağın qapısı və 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share