Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xocalı soyqırımının 33-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb

25.02.2025 Off By Füzuli İsmayılov

Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşıb.

Bu barədə Hakimiyyet.info.az–a Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O bildirib ki, Xocalı faciəsinin 33-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanılmışdı.

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb.

“Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. Xocalı parkına gələn küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilib”, – deyə şöbə müdiri bildirib.

Share