İranda güclü zəlzələ olub
03.03.2025Hakimiyyet.info.az xəbər verir ki, bu gün yerli vaxtla 09:55-də İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.











