ARDNF-nin bu il üzrə neftdən gəlirlilik proqnozu açıqlanıb
06.03.2025ARDNF-nin bu il neft üzrə aktivləri 60 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorun müavini Bəhruz Bəhramov “ARDNF – nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
“Dünyada neft qiymətinin dəyişimi Fondun neft gəlirlərinə təsir edir. Bu gün baş verən geosiyasi proseslər fonunda bizim risk, gəlirlilik konteksində 1 il ərzində elə bir ciddi dəyişiklik görməyəcəyik. Ümumilikdə, ARDNF-nin neft gəlirləri 9 milyard 810 milyon manat olacağı gözlənilir”, – o bildirib.











