Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
07.03.2025Milli Məclisin deputatı Vüqar Bayramov martın 10-da Moldovanın Kişineu şəhərinə səfər edəcək.
Bu barədə Hakimiyyet.info.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinsdən məlumat verilib.
Məlumata görə, deputat orada “Gələcək üçün sinerjilərin təminatı” mövzusunda keçiriləcək elmi-praktiki konfransda iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.
Səfər martın 13-də başa çatacaq.











