Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
07.03.2025Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
“8 mart tarixində gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək”,- deyə məlumatda qeyd edilib.











