
UEFA Çempionlar Liqası: “PSJ” penalti seriyasında “Liverpul”u məğlub edib
12.03.2025Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul” – PSJ qarşılaşmasının qalibi iki oyunun nəticəsinə əsasən müəyyənləşməyib.
Hakimiyyet.info.az -ın məlumatına görə, Liverpuldakı cavab görüşündə əlavə vaxta ehtiyac yaranıb.
Lakin əlavə 30 dəqiqədə də hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan PSJ 1/4 finala yüksəlib. Paris təmsilçisi növbəti mərhələdə “Aston Villa” – “Brügge” (3:1) duelinin qalibi ilə qarşılaşacaq.