Dövlət qulluğu imtahanından keçənlərə sertifikatların verilməsinə başlanılıb

Dövlət qulluğu imtahanından keçənlərə sertifikatların verilməsinə başlanılıb

12.03.2025 Off By Füzuli İsmayılov

23 yanvarda keçirilən dövlət qulluğuna qəbul imtahanlarında uğur əldə edən şəxslərin sertifikatlarının verilməsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki,Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2025-ci il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

“Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər info@dim.gov.az elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər”,- deyə məlumatda qeyd edilib.

Share