“Liverpul” Liqa Kubokunun final oyununa itki ilə çıxacaq

“Liverpul” Liqa Kubokunun final oyununa itki ilə çıxacaq

13.03.2025 Off By Füzuli İsmayılov

“Liverpul” İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a qarşı oyuna ciddi itki ilə çıxacaq.

Hakimiyyet.info.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Trent Aleksandr-Arnold zədələnib. 26 yaşlı müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyunu zamanı topuq nahiyəsindən xəsarət alıb.

Xatırladaq ki, “Liverpul” və “Nyukasl” komandaları arasında final oyunu martın 16-da keçiriləcək.

Share