Cənubi Koreyada Rusiya gəmisi yanıb: yaralılar var

Cənubi Koreyada Rusiya gəmisi yanıb: yaralılar var

26.03.2025 Off By Füzuli İsmayılov

Cənubi Koreya sahillərində Rusiyaya məxsus “Crystal Asia” gəmisində baş vermiş yanğın nəticəsində 6 Rusiya vətəndaşı müxətlif dərəcəli xəsarətlər alıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu haqda RF-in Pusan şəhərindəki baş konsulluğu bəyanat yayıb.

“26 mart 2025-ci ildə saat 07:14-də (Bakı vaxtı ilə 02:14) Kamçhon limanından 8 kilometr aralıda, dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində yanğın baş verib”, -məlumatda qeyd olunur.

Qeyd edilir ki, gəmidə 23 nəfər heyət üzvü olub, onlardan 22-i Rusiya vətəndaşlarıdır.

Yaralananlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.

Share