Yevlaxda baş verən qəza

Yevlaxda baş verən qəza

28.03.2025 Off By Füzuli İsmayılov

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb. Mikroavtobusla “VAZ” markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb. Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

28.03.2025-ci il tarixində saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

“Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir”, – deyə TƏBİB-dən bildirilib.

Share