Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edə bilər
31.03.2025ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat verib.
Bildirilib ki, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq.
Mənbənin sözlərinə görə, səfərin Rusiya və Ukrayna arasında atəşkəs əldə edildikdən sonra baş tutması nəzərdə tutulur.











