“Fənərbaxça” – “Qalatasaray” oyununun baş hakimi məlum olub

“Fənərbaxça” – “Qalatasaray” oyununun baş hakimi məlum olub

31.03.2025 Off By Füzuli İsmayılov

Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” oyununun referisi müəyyənləşib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Hakimlər Komitəsi məlumat yayıb.

Məlumata görə, İstanbul derbisini Cihan Aydın idarə edəcək.

Aprelin 2-də keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Share